ABŞ-İran danışıqlarında son vəziyyət: Vens İsveçrə səfərini təxirə saldı



Ağ Ev İranla aparılacaq texniki danışıqlara dair hazırlıqların davam etdiyini, lakin ABŞ vitse-prezidenti Cey Di Vensin İsveçrə səfərinin hələlik təxirə salındığını açıqlayıb.

AFN.az xəbər verir ki, Ağ Ev tərəfindən verilən açıqlamada ABŞ vitse-prezidenti Cey Di Vensin gün ərzində keçirdiyi mətbuat konfransında da qeyd etdiyi kimi, yaxınlaşmaqda olan texniki danışıqlarla bağlı planların hələ tam dəqiqləşmədiyi ifadə olunub.

Açıqlamada ABŞ nümayəndə heyətinin ilk uyğun fürsətdə yola düşməyə hazır olduğu bildirilərək, bu danışıqların logistikasının heç vaxt sadə və ya əvvəlcədən proqnozlaşdırıla bilən olmadığı vurğulanıb.

Vitse-prezident Vensin bu gecə yola düşməyəcəyi və səfərinin hələlik təxirə salındığı qeyd edilən bəyanatda növbəti addımlarla bağlı konkret yenilik olan kimi ictimaiyyətin məlumatlandırılacağı və texniki danışıqlara mümkün qədər tez bir zamanda başlamağın səbirsizliklə gözlənildiyi diqqətə çatdırılıb.

Vens gün ərzində Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla aparılacaq texniki danışıqların bu həftə sonu başlamasının gözlənildiyini, görüşlər üçün İsveçrəyə getməyi planlaşdırdığını, lakin vaxtın İran nümayəndə heyətinin gəlişindən asılı olaraq dəyişə biləcəyini söyləmişdi.

ABŞ və İran arasında əldə olunmuş razılaşma mətni çərçivəsində tərəflərin nüvə proqramının gələcəyi, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ləğvi və təftiş mexanizmlərinə dair texniki detalları müzakirə edəcəyi gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu