Şri-Lankadakı fəlakətlərdə ölənlərin sayı 56-ya çatıb
Şri-Lankada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqın nəticəsində ölənlərin sayı 56-ya yüksəlib.
Ölkədə keçən həftədən bəri davam edən yağışlar dünən daha da güclənərək can və mal itkilərinə səbəb olub.
Şri-Lanka Fəlakət İdarəetmə Mərkəzinin açıqlamasına görə, fəlakətlərdə 56 nəfər həyatını itirib, 21 nəfərin isə taleyi məlum deyil.
Ölkədə 600-dən çox ev, kənd təsərrüfatı sahələri və yollar su altında qalıb.
Eyni zamanda hökumət bütün dövlət idarələrinin və məktəblərin bağlandığını elan edib.
Rəsmi şəxslər dağlıq ərazilərdə daş və ağacların relslərə düşməsi səbəbindən bəzi qatarların hərəkətinin dayandırıldığını, bəzi xətlərin isə daşqınlar nəticəsində su altında qaldığını bildiriblər.



