Cənubi Koreyada bir həftə ərzində yağan güclü yağışlar 35 nəfərin həyatına son qoyub
Cənubi Koreyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı ötən həftədən bəri 35-ə yüksəlib.
Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Müdirliyindən verilən açıqlamaya görə, dünən Şimali Çunqçeonq bölgəsindəki Osong şəhərində güclü yağışlardan sonra yaxınlıqdakı çayın daşması nəticəsində 685 metr uzunluğundakı tunel su altında qalıb.
Səlahiyyətlilər tuneldəki 15 avtomobilin çıxarılması üçün işlərin davam etdiyini və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.
Cənubi Koreyada yağışlar səbəbindən qatarların və 216 magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb.