Şri-Lankada leysan yağışlar nəticəsində 3 nəfər ölüb


Şri-Lankada leysan yağışlar nəticəsində 3 nəfərin öldüyü, təxminən 135 min adamın daşqından zərər çəkdiyi açıqlanıb.



Şri-Lankada həftəsonu yağan güclü yağış səbəbindən bir çox evləri, əkin sahələrini və yolları su basıb. Fəlakət İdarəetmə Mərkəzi 3 nəfərin həyatını itirdiyini və təxminən 135 min adamın seldən zərər çəkdiyini açıqlayıb.

Səlahiyyətlilər ehtiyat tədbiri olaraq bəzi bölgələrdə elektrik enerjisinin kəsildiyini, dəniz və ordu hissələrinin xalqa ərzaq və digər əsas ləvazimatlarla təmin edilməsi üçün təyin edildiyini və 7 min insanın təxliyə edildiyini açıqlayıb.

Qeyd edək ki, Şri-Lanka may ayından bəri musson yağışlarının yaratdığı əlverişsiz hava şəraiti ilə mübarizə aparır. İyun ayında ölkədə 16 nəfər daşqın və sürüşmə nəticəsində həyatını itirib.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu