Nigerdə güclü yağışlar 94 nəfərin həyatına son qoyub
Nigerdə iyun ayından bəri yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 94-ə yüksəlib.
Niger Mülki Müdafiə Baş İdarəsi iyun ayında başlayan şiddətli yağışlardan 135 min 156 adamın zərər gördüyünü açıqlayıb.
Leysan nəticəsində yaranan sel və torpaq sürüşmələrində 94 nəfərin həyatını itirdiyi, minlərlə insanın evsiz qaldığı bildirilir.
Avqustun 6-da ölənlərin sayının 77 olduğu açıqlanmışdı.
Nigerdə yağışlı mövsüm iyunda başlayır və sentyabrda bitir. Ötən il 137 min 797 nəfərin zərər gördüyü leysan yağışları nəticəsində 41 nəfər ölüb, 53 nəfər xəsarət alıb.