Boliviyada son 3 ayda yağan güclü yağışlar nəticəsində 52 nəfər ölüb


Boliviyada son 3 ayda leysan yağışlarının səbəb olduğu daşqınlarda 52 nəfər həyatını itirib.



Ölkə mətbuatında yer alan xəbərə görə, başda La Paz olmaqla bir çox şəhərdə təsirini göstərən yağışlar çoxlu sayda insan itkisinə və dağıntılara səbəb olub.

Ölkədə yağışlar mövsümünün başladığı ilin əvvəlindən 52 nəfər həlak olub, 5 nəfər itkin düşüb.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada leysan yağışlarının 133 qəsəbədə daşqınlara səbəb olduğu və 51 min 668 insanın bu vəziyyətdən zərər çəkdiyi bildirilib.

Qeyd edilib ki, yağışlar nəticəsində 911 ev tamam dağılıb, 1251 evə isə qismən zərər dəyib. Bəzi rayonlarda “qırmızı həyəcan” elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu