Pakistanda yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 23 nəfər yaralanıb
Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində bəzi evlərin uçması nəticəsində 17 nəfərin həyatını itirdiyi, 23 nəfərin isə yaralandığı açıqlanıb.
“The Tribune” qəzetinin yazdığına görə, Hayber Paxtunxva əyalətinin bəzi bölgələrində, xüsusilə Peşavar, Aşağı Dir və Bacaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.
Axtarış-xilasetmə qrupları əyalətdə 17 nəfərin həyatını itirdiyini, Peşəvərdə 7, Aşağı Dirdə 3 nəfərin ümumilikdə 23 nəfərin yaralandığını açıqlayıb.
Səlahiyyətlilər yaralıların müalicə olunduğu barədə məlumat paylaşıblar.
Digər tərəfdən, mənfi hava şəraiti ölkənin əksər bölgələrində, o cümlədən Lahor, Bəlucistan, Kəraçi və şimaldakı dağlıq bölgələrdə təsirlidir.
Kəraçidə səlahiyyətlilər leysan yağışlar səbəbindən fövqəladə vəziyyət elan edib.
Bəlucistan əyalətinin Qvadr rayonu yağışların vurduğu bölgələr arasında olarkən burada kanalizasiyalar daşıb və bəzi sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb.