Vyetnamda sel və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 36-ya çatıb


Vyetnamın mərkəzi bölgələrində güclü yağışlardan sonra baş verən sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 36-ya yüksəlib.

Yerli mediada yayılan xəbərlərə görə, ölkənin mərkəzi hissəsində həftə sonundan bəri davam edən intensiv yağışların səbəb olduğu təbii fəlakətlərə dair rəsmi açıqlama verilib.

Rəsmilər bildiriblər ki, sel və torpaq sürüşmələri nəticəsində 36 nəfər həlak olub, 5 nəfər itkin düşüb60 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 120 mindən çox evin su altında qaldığı, bəzi yolların isə hələ də nəqliyyata bağlı olduğu qeyd olunub.

Proqnozlara əsasən, güclü yağışların noyabrın 4-ü gecəsinə qədər davam edəcəyi gözlənilir.

Vyetnam Meteorologiya İdarəsi oktyabrın 28-də verdiyi açıqlamada Hue şəhərində 24 saat ərzində yağan yağış miqdarının rekord səviyyəyə çatdığını bildirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu