Çində daşqın və sürüşmə fəlakəti: 22 nəfər ölüb, 3 nəfər itkin düşüb


Çinin Hunan əyalətində "Qaemi" qasırğasının törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin ümumi sayı 22-yə yüksəlib.



Qasırğadan sonra Hunan əyalətində güclü yağış və torpaq sürüşmələri baş verib. Çoxlu evlər dağılıb, yollar uçub, bir çox kəndlərlə əlaqə kəsilib. Çençjou şəhərində 3 nəfər həyatını itirib. Tsixing şəhərində isə 4 nəfər ölüb, 3 nəfər itkin düşüb, 11 mindən çox insan evlərindən təxliyə edilib.

"Qaemi" tayfunu qonşu Fujian əyalətinə çatdıqdan sonra içəriyə doğru hərəkət edib və son günlər Hunan əyalətində güclü yağışlara səbəb olub. Bazar günü səhər ştatda baş verən sürüşmə nəticəsində 15 nəfər ölüb, 6 nəfər yaralanıb. Son 7 ölümlə birlikdə ölənlərin ümumi sayı 22-yə yüksəlib.

Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bu gün Çinin paytaxtı Pekində, qonşu Hebey və Tianjin, həmçinin Quanqdonq, Quansi, Yunnan, Quyçjou, Sıçuan, Hubey və Hunan ştatlarında güclü yağış gözlənilir.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu