Hindistanda seldə ölənlərin sayı 78-ə yüksəlib

Hindistanın Himaçal Pradeş ştatında güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 78-ə yüksəlib.
NDTV-nin xəbərinə görə, ölkənin şimalında yerləşən Himaçal Pradeş ştatı 20 iyun tarixindən bəri musson yağışlarının təsiri altındadır.
Ştatda güclü yağışların yaratdığı daşqın və torpaq sürüşmələrində 78 nəfər həyatını itirib, 121 nəfər isə yaralanıb.
243 yolun bağlandığı ştatın müxtəlif bölgələrində 37 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal Pradeş üçün verdiyi xəbərdarlıqda güclü yağışların 9 iyula qədər davam edəcəyini bildirib.
Cənubi Asiyada iyun–sentyabr aylarında təsirli olan musson yağışları xüsusilə Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.