Hindistanın şimalında daşqınlar və torpaq sürüşmələri nəticəsində 50-dən çox adam ölüb


Hindistanın şimalında güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 50-dən çox insan həyatını itirib.


“The Times of India” qəzetinin xəbərinə görə, ölkənin şimalındakı Himaçal-Pradeş əyalətində güclü yağış və külək hələ də davam edir.

Himaçal Pradeş əyalətinin baş naziri Sukhvinder Singh Sukhu, X sosial media platformasında verdiyi açıqlamada, son 24 saatda əyalətdə 50-dən çox insanın həyatını itirdiyini, 20-dən çox insanın isə qapalı vəziyyətdə qaldığını deyib. O, ölü sayının arta biləcəyini qeyd edib.

Himaçal-Pradeş ştatının Şimla şəhərindəki Şiv məbədində baş verən sürüşmə nəticəsində 14 nəfərin cəsədi tapılıb.

NDTV-nin xəbərinə görə, daxili işlər naziri Amit Şah bildirib ki, Milli Fəlakətə Müdaxilə Qüvvələri (NDRF) qrupları axtarış-xilasetmə işləri üçün əyalətdə fəaliyyətə başlayıb.

Hindistan Meteorologiya Departamenti (IMD) hər iki ştat üçün "qırmızı xəbərdarlıq" elan edərək, növbəti 24 saat ərzində Himaçal Pradeş və Uttarxandın müxtəlif bölgələrində güclü yağışların davam edəcəyini proqnozlaşdırıb.

Rəsmi qurumlar güclü yağışlarla bağlı xəbərdarlıq edərək, vətəndaşları çay sahillərindən uzaq durmağa çağırıb.

Digər tərəfdən, ştatın fövqəladə əməliyyat mərkəzi təbii fəlakət səbəbindən ştatda 752 yolun bağlandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu