Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 35-ə çatıb


Hindistanın cənubundakı Andhra Pradeş və Telanqana əyalətlərində güclü yağışların səbəb olduğu qəza və fəlakətlər nəticəsində həyatını itirənlərin sayı 35-ə yüksəlib.



"Hindustan Times"ın məlumatına görə, Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada, Andhra Pradeş və Telangana əyalətlərində davam edən leysan yağışların gündəlik həyatın ritmini pozduğu bildirilib.

Yağışların səbəb olduğu qəza və fəlakətlər nəticəsində Telanqana əyalətində 16, Andhra Pradeş əyalətində isə 19 nəfərin öldüyü bildirilib.

Açıqlamada Telanqana ştatında güclü yağışlar nəticəsində alçaq ərazilərin su altında qaldığı və kənd təsərrüfatı məhsullarına ziyan dəydiyi, Andhra Pradeşdə dəmir yollarında və avtomobil yollarında fasilələrin olduğu bildirilib.

IMD hər iki ştatda yağışların artmağa davam edəcəyi barədə xəbərdarlıq edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu