Tramp Vaşinqtondakı hücumunu terror aktı adlandırdı


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda iki Milli Qvardiya əsgərinin vurulduğu hücumu terror aktı kimi qiymətləndirərək, şübhəlilərin 2021-ci ildə Əfqanıstandan ABŞ-a gələn miqrant olduğunu bildirib.

Prezident Tramp dünən Vaşinqtonda baş vermiş bu hadisəyə dair video-müraciət yayıb.

İki Milli Qvardiya əsgərinin hədəf alındığı hücumu “iyrənc bir hücum” və “nifrət dolu hərəkət” olaraq xarakterizə edən Tramp, hadisəni terror hücumu kimi qiymətləndirdiklərini söyləyib.

O, hadisə ilə bağlı saxlanılan şübhəlilərin 2021-ci ilin sentyabrında Əfqanıstandan ABŞ-a gəldiyini qeyd edərək, Co Bayden administrasiyasının miqrant siyasətlərinin ABŞ-a böyük ziyan vurduğunu iddia edib.

Prezident bildirib ki, bu, insanlığa qarşı törədilmiş cinayətdir.

Tramp həmçinin vurğulayıb ki, belə hücumlar onları heç vaxt qorxuda bilməyəcək, əksinə, Vaşinqtonu gələcəkdə bu cür hücumların baş verməməsi üçün daha təhlükəsiz edəcəklər.

ABŞ Prezidenti deyib ki, Amerika terror qarşısında heç vaxt boyun əyməyəcək və təslim olmayacaq. O, Pentaqona Vaşinqtona əlavə 500 Milli Qvardiya əsgəri göndərilməsi barədə göstəriş verdiyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu