Vaşinqtondakı milli qvardiyanın xidmət müddəti 28 fevrala qədər uzadıldı


ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşdirilən milli qvardiya bölmələrinin 28 fevrala qədər fəaliyyətlərini davam etdirəcəyi bildirilib.

Associated Press (AP) tərəfindən əldə edilən rəsmi əmrlərə əsasən, Vaşinqtondakı milli qvardiya qüvvələri gələn ilin fevralının sonuna qədər ölkənin paytaxtında qalmağa davam edəcək.

4 noyabr tarixli rəsmi əmrdə qeyd olunur ki, xidmət müddətinin uzadılması qərarı avqustda ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən fövqəladə vəziyyətə cavab olaraq və Müdafiə naziri Pit Heqsethin federal və yerli hüquq-mühafizə orqanlarına dəstək verilməsi göstərişi əsasında qəbul edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu