Ağ Ev yaxınlığında silahlı hücum: 2 Milli Qvardiya əsgəri vuruldu
Qərbi Virciniya ştatının qubernatoru Ağ Ev yaxınlığında baş verən silahlı hücumda iki Milli Qvardiya əsgərinin həyatını itirdiyini açıqlayıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı hücum nəticəsində 2 Milli Qvardiya əsgəri vurulub.
Vaşinqton D.C. polis departamenti X-də paylaşdığı məlumatda hadisə ilə bağlı bir şübhəlinin saxlanıldığını bildirib.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem də hadisəni təsdiqləyərək nazirliyin məsələni araşdırdığını qeyd edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Truth Social hesabından hadisə ilə bağlı verdiyi açıqlamada iki Milli Qvardiya əsgərinin xəstəxanada müalicə olunduğunu qeyd edib.
Tramp hücum edən şəxsin də yaralı olduğunu bildirib.
