Vaşinqton rəsmiləri Tramp administrasiyasını məhkəməyə verdi


Vaşinqton rəsmiləri Prezident Donald Tramp administrasiyasını “ictimai təhlükəsizlik fövqəladə vəziyyəti” çərçivəsində şəhərə Milli Qvardiya yerləşdirərək qanunlara zidd hərəkət etməkdə ittiham edərək məhkəməyə verib.

CNN-in xəbərinə görə, Vaşinqton baş prokuroru Brayan Şvalb tərəfindən qaldırılan iddiada Tramp yerli hökumətin tələbi olmadan paytaxta əsgər göndərərək ABŞ Konstitusiyasını və federal qanunları pozmaqda günahlandırılır.

Şvalb bildirib ki, əksəriyyəti başqa ştatlardan gətirilən Milli Qvardiya əsgərləri səlahiyyətləri xaricində küçələrdə patrul xidməti və axtarış aparıblar.

O, bu vəziyyətin şəhərin muxtar quruluşuna zərər verdiyini qeyd edib, həmçinin qvardiyanın turizmə və bununla da yerli iqtisadiyyata mənfi təsir göstərdiyini bildirib.

Şvalb məhkəməyə təqdim etdiyi ərizədə vurğulayıb ki, heç bir Amerika yurisdiksiyası öz istəyi olmadan hərbi işğala məruz qalmamalıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu