Qahirə danışıqlarında HƏMAS-ın silahı təhvil verməsi müzakirə olunur


Qahirədə keçirilən vasitəçi görüşlərində Qəzza sektorunda stabilliyin bərpası planı çərçivəsində HƏMAS tərəfdarlarının müəyyən müddət yüngül silahlarını saxlaması ideyası müzakirə olunur.

"Sky News Arabia" xəbər verir ki, Misir və Qətərin nümayəndələri, HƏMAS və İsrail arasında dolayı danışıqlara vasitəçi olaraq, radikal hərəkata məxsus yüngül silahların müvəqqəti saxlanması məsələsini nəzərdən keçirirlər. Təklif olunan planda HƏMAS döyüşçülərinin sonradan silahlarını beynəlxalq təhlükəsizlik qüvvələrinə təhvil verməsi nəzərdə tutulur. Bu qüvvələr, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi plana əsasən, Fələstin anklavında yerləşdirilməlidir.

Bildirilir ki, Qahirədə atəşkəs razılaşmasının ikinci mərhələsinin əsas çətinlikləri HƏMAS-ın hərbi dəstələrinin silahsızlandırılması və beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. HƏMAS nümayəndələri şəxsi silahların təhvil verilməsinə hələlik etiraz edir, tərəfdarlarının müdafiəsinin vacibliyini əsas gətirirlər.

Beynəlxalq qüvvələrin, xüsusən də ərəb və islam ölkələrinin kontingentlərinin Qəzzada yerləşdirilməsi təşəbbüsü isə həmin ölkələr tərəfindən ehtiyatla qarşılanır. Onlar hələlik islam, o cümlədən ərəb ölkələrinin əsgərlərinin HƏMAS-ı dəstəkləyən fələstinlilərlə necə qarşıdurma aparacağını anlamırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu