İsrail Qəzzada müharibəni bərpa etməyi düşünmür


İsrailin Qəzza sektorunda müharibəni yenidən başlatmaq niyyəti yoxdur, lakin sülh razılaşmasının bir hissəsi olaraq HƏMAS-ın silahsızlandırılması tələb olunacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Naziri Gideon Saar "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

Saar qeyd edib: “Biz müharibəni bərpa etməyi düşünmürük, lakin öhdəliklərin bir hissəsi HƏMAS-ın silahlarını təhvil verməsi olacaq”.

O, əlavə edib ki, atəşkəs hökumət tərəfindən razılaşma təsdiqləndikdən dərhal sonra qüvvəyə minəcək72 saat ərzində HƏMAS bütün girovları azad etməlidir. “Mən hesab edirəm ki, bu müharibəyə son qoymaq üçün kifayət edə və etməlidir”, – deyə nazir yekun vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu