Netanyahu: İsrail HƏMAS-ı tamamilə məhv etməyə başlayacaq


İsrail yaxın günlərdə Qəzza zolağında hərbi əməliyyatı “tam gücü ilə” başa çatdırmağa başlayacaq ki, bu da HƏMAS-ın məğlubiyyəti demək olacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib.

"Yaxın günlərdə Qəzza zolağında əməliyyatı tam gücümüzlə başa çatdırmağa başlayacağıq. Əməliyyatı başa çatdırmaq HƏMAS-ı sıxışdırıb məhv etmək deməkdir", - deyə baş nazir bildirib.

O qeyd edib ki, indi qoşunlar Qəzza zolağındadır: "Ola bilsin, HƏMAS daha on girovu azad etmək təklifinə razılaşdı. Amma belə olsa da, biz girovları qəbul edəcəyik, sonra əməliyyatı davam etdirəcəyik. İsrail müharibəni dayandırmayacaq. Bir müddətlik atəşkəs mümkün ola bilər, amma biz sona qədər gedəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu