Netanyahu: Qəzzaya quru əməliyyatı məhbusları xilas etmək üçün fürsətdir
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya qarşı quru əməliyyatının HƏMAS-ın əlində olan əsirləri xilas etmək üçün fürsət olduğunu bildirib.
İsrail hökumətinin həftəlik Nazirlər Kabinetinin iclasında danışan Netanyahu, ordunun hücumlar həyata keçirdiyi Qəzza zolağındakı vəziyyətlə bağlı danışıb.
“Biz müharibənin ortasındayıq və HƏMAS-ın hərbi və avtoritar imkanlarını məhv etməyi qarşımıza dəqiq bir məqsəd qoymuşuq. Bunu sistemli şəkildə edirik”, - deyə Netanyahu bildirib.
Qəzzada quru əməliyyatının zaman alacağını və tələlərə, çətinliklərə, itkilərə səbəb olacağını bildirən İsrail baş naziri, "Həmas məğlub olacaq, məhv ediləcək və fərqli Qəzza mövcud olacaq" - deyə qeyd edib.
Netanyahu Qəzzada Həmas tərəfindən saxlanılan israilli məhbusları azad etmək üçün səylərini davam etdirdiklərini ifadə edərək, "Quru əməliyyatı onların azad edilməsi üçün fürsət yaradır və biz bunu əldən verməyəcəyik" - deyib.