Bayden və Netanyahu telefonla danışıblar
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında HƏMAS-ın əlində olan iki girovun azad edilməsindən məmnunluğunu ifadə edib.
Ağ Evdən verilən açıqlamaya görə, Bayden və Netanyahu telefonla danışıb.
Görüş zamanı Bayden HƏMAS tərəfindən saxlanılan daha iki girovun azad edilməsindən məmnunluğunu ifadə edib və bir daha bəyan edib ki, o, bütün girovlar, o cümlədən ABŞ vətəndaşları və Qəzzadakı mülki şəxslərin bölgəni təhlükəsiz şəkildə tərk etmələri üçün çalışacaq.
Humanitar yardımların Qəzzaya daxil olmağa davam etməsi lazım olduğunu vurğulayan Bayden Netanyahuya ABŞ-ın İsrailə hərbi dəstəyi barədə məlumat verib.