Baydenlə Netanyahu arasında telefon danışığı olub


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb.


Ağ Evdən verilən məlumatda bildirilir ki, Bayden Netanyahu ilə telefon danışığında İsrailin təhlükəsizliyinə bağlılığını bir daha təkrarlayıb.

Danışıqda ikili məhbusların azad edilməsi və Qəzzada təcili atəşkəsin yaradılması ilə bağlı danışıqları müzakirə edliib.

Qəzzaya humanitar yardımın artırılmasından danışan liderlər yardım üçün yeni keçidlərin açılması haqda da fikir mübadiləsi aparıblar.

Bayden Rəfaha hücumla bağlı mövqeyini təkrarlayaraq, humanitar yardımın artırılmasında "irəliləyişin" davamlı olması və prosesin humanitar təşkilatlarla birlikdə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Bayden əvvəlki açıqlamalarında Refaha hərtərəfli hücuma qarşı olduqlarını bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu