Çernobılda mavi rəngli itlər alimləri təəccübləndirdi


Çernobılın qadağan edilmiş bölgəsində yaşayan itlərdə müşahidə edilən sirli mavi tüklər tədqiqatçıları təəccübləndirib. Könüllülər kimyəvi çirklənmədən şübhələnərkən, alimlər bu heyvanların radiasiyaya qarşı təkamüli immunitet inkişaf etdirdiyini bildirirlər.

Ukraynadakı Çernobıl Nüvə Fəlakəti ərazisində yaşayan bəzi itlərdə mavi tüklərin əmələ gəlməsi tədqiqatçıları çaş-baş salıb.

İllərdir bölgədəki heyvanlara baxan “Çernobılın İtləri” (Dogs of Chernobyl) adlı könüllü qrupun paylaşdığı videoda ən azı bir itin tamamilə mavi rəngə büründüyü müşahidə olunub.

Qrup açıqlamasında “Keçən həftə mavi deyildilər. Niyə belə olduğunu bilmirik, vəziyyəti anlamaq üçün onları tutmağa çalışırıq. Böyük ehtimalla hər hansı bir kimyəvi maddə ilə təmasda olublar” deyib.

Rəsmilər rəng dəyişikliyinin narahatedici göründüyünü, lakin itlərin aktiv və sağlam olduqlarını qeyd edirlər.

Nüvə fəlakətinin mirasçıları

2017-ci ildən fəaliyyət göstərən Dogs of Chernobyl qrupu qadağan edilmiş bölgədəki təxminən 700 itə hər il yemək və tibbi yardım göstərir.

Bu heyvanlar 1986-cı ildəki Çernobıl nüvə fəlakəti zamanı ərazini tərk edən insanların geridə qoyduğu ev heyvanlarının nəslindəndir.

Qəza sonrası insanlar yüksək radiasiya səbəbindən bölgədən təxliyə edilmişdi. İnsanların yoxluğunda təbiət yenidən Çernobıl İstisna Zonasında (CEZ) canlanıb.

Hazırda bölgədə 11,28 millirem səviyyəsində radiasiya qalmaqdadır — bu da insanlar üçün icazə verilən dozanın təxminən altı qatıdır.

Mavi tüklərin sirri kimyəvi ola bilər

Sosial şəbəkə istifadəçiləri mavi tüklərin hər hansı kimyəvi maddə ilə təmas nəticəsində yaranan müvəqqəti rənglənmə ola biləcəyini irəli sürüblər.

Bir istifadəçi “Bu mavi ton, yuyula bilən kimyəvi çirklənmədən qaynaqlanır” şərhini yazarkən, başqa biri “Bu qədər uzun müddət radiasiya zonasındakı şəraitdə yaşayıb hələ də çoxala bilmələri heyrətamizdir” deyib.

Çernobıl itləri təkamül keçirir

2024-cü ildə dərc edilən bir araşdırma bu itlərin təkcə sağ qalmaqla kifayətlənmədiyini, həm də radiasiya, ağır metallara və çirklənməyə qarşı immunitet qazandığını göstərib.

ABŞ-ın Kolumbiya Universitetindən ətraf mühit sağlamlığı üzrə mütəxəssis Dr. Norman J. Kleymanın rəhbərlik etdiyi qrup Çernobıl ətrafında yaşayan 116 itdən qan nümunələri toplayıb.

Bu nümunələr 2018–2019-cu illərdə Clean Futures Fund tərəfindən həyata keçirilən sterilizasiya və peyvəndləmə proqramı zamanı götürülərək ABŞ-a göndərilib.

DNA analizlərinin nəticəsində müəyyən olunub ki, bu itlər bölgədəki digər heyvanlardan genetik baxımdan fərqlənən iki ayrı populyasiyaya bölünür.

Tədqiqatda 400-ə yaxın genetik divergensiya nöqtəsi və 52 gen aşkar edilib. Alimlər bu genlərin radiasiya və toksik ekoloji şəraitə uzunmüddətli məruz qalma ilə əlaqəli olduğunu bildiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu