Super Mavi Ay: Bu gecə nadir səma hadisəsi baş verəcək

Avqustun 19-da il ərzində ardıcıl dörd Super Aydan birincisi səmaya çıxacaq. Super Ay və Mavi Ayın birləşməsi olan bu nadir səma hadisəsi bu gün Bakı vaxtı ilə saat 05.36-da ən yüksək nöqtəsinə çatacaq.
Bu səma hadisəsi sonuncu dəfə 2023-cü ilin avqustunda baş verib və növbəti Super Mavi Aylar 2037-ci ilin yanvar və mart aylarında gözlənilir.
Bütün tam ayların təxminən dörddə biri Super Aylar kimi təsnif edilsə də, tam ayların yalnız 3 faizi Mavi Aylar olaraq görülür.
Qeyd edək ki, Super Aylar ilin ən böyük və ən parlaq Ay hadisələri kimi tanınır.
Mənbə: CNN International