"Google" loqotipindəki bu rənglər nə deməkdir?
"Google" hər gün ən çox istifadə edilən internet brauzerlərindən biridir. Onu digər rəqiblərdən fərqləndirən bir çox xüsusiyyətləri var. Bunlardan biri də "Google" loqosundakı rənglərdir.
Google loqotipindəki rənglərin təsadüfi olduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki hər rəngin fərqli mənası var.
İkonik qırmızı, mavi, yaşıl və sarı rənglərlə ortaya çıxan loqo bir il sonra yenidən dəyişdirildi. Lakin 1998-ci ildəki dəyişim indiki vəziyyətinə çox bənzəyirdi. Daha düz, sadə və mesajı daha aydın çatdıra bilən loqo bu gün də istifadə olunur.
Yəqin ki, bu ana qədər bir çox insanlar "Google"un rənglərinin niyə əsas rənglərdən ibarət olduğuna belə diqqət yetirmirdilər. Bəli, loqoda əsas rənglər kateqoriyasına daxil olan qırmızı, mavi və sarı rənglərdən istifadə olunur, yaşıldan başqa.
Maraqlı hissə də elə buradan başlayır. Yaşıl bir ara rəngdir və loqonu hazırlayan Ruz Kedar loqoda "L" hərfində yaşıl rəngin istifadəsinin əslində bir məna daşıdığına diqqət çəkir.
Kifayət qədər sadə, lakin yaddaqalan Google loqosunun rəngləri fərqli mənalar daşıyır. Qırmızı ehtiras və həyəcanı, sarı sevinci, mavi güvəni, yaşıl isə "Google"un "qaydasızlığını" təmsil edir.
Mənbə: Haber Global