Google "yer izləmə" mübahisəsində Kaliforniyaya 93 milyon dollar ödəməyə razılaşıb


Google texnologiya şirkəti ABŞ-ın Kaliforniya ştatı ilə "məkan izləmə tətbiqləri ilə bağlı istehlakçıları çaşdırmaqda" ittiham olunduğu iddiada 93 milyon dollar ödəmək barədə razılığa gəlib.


Kaliforniya Baş prokuroru Rob Bont bildirib ki, şirkət "məkan izləmə" tətbiqini söndürdükdən sonra izləmənin dayandığını bildirsə də, aparılan araşdırma bunun yalan olduğunu Google-un izləməni davam etdirdiyini üzə çıxarıb.

Google-un kommersiya mənfəəti naminə istifadəçilərin hərəkətlərini izləməyə davam etdiyini ifadə edən Bonta bunun qəbuledilməz olduğunu və qeyd edilən duruma görə məsuliyyətin Google-un üzərində olduğunu bildirib.

Müqavilə çərçivəsində Google Kaliforniya ştatına 93 milyon dollar ödəyəcək.

Google bu mövzuda heç bir günahının olmadığını bildirsə də, razılaşma çərçivəsində bəzi məhdudiyyətləri qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu