1 966 Fələstin əsiri tezliklə azad ediləcək


İsrail və HƏMAS razılaşması çərçivəsində 1 966 Fələstin əsiri azad ediləcək

AFN.az xarici mediaya istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində azad ediləcək 1 966 Fələstin əsiri yaxın günlərdə həbsxanalardan çıxacaq.

Məlumata görə, 1 716 nəfər Qəzza sektorundakı “Ən-Nəsər” tibb kompleksinə gətiriləcək, qalan 250 nəfər isə Yerusəlim, Qərb Sahili və İsrail xaricinə göndəriləcək.

Bu gün HƏMAS Qırmızı Xaç Komitəsinə Qəzzada saxlanılan yeddi israilli girovun ilk qrupunu təhvil verib. Ümumilikdə 20 girovun azad ediləcəyi bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu