HƏMAS azad etməyi planlaşdırdığı 20 canlı girovun siyahısını dərc edib
HƏMAS Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad etməyi planlaşdırdığı 20 yaşayan israilli girovun siyahısını dərc edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, siyahı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında dərc olunub. Açıqlamada qeyd olunub:
"İsraillə mübadilə sövdələşməsi çərçivəsində aşağıdakı canlı girovların azad edilməsi qərara alınıb: Bar Kuperstein, Evyatar David, Yosef-Haim Ohana, Segev Kalfon, Avinatan Or, Elkanah Bukhbut, Maxim Harkin, Nimrod Cohen, Matan Zangauker, David Kunio, Eitan Horn, Matan Angrest, Ziv Berman, Eitan Horn, Matan Angrest, Ziv Berman, Eitan Alon Ohel, Qay Gilboa-Dalal, Roma Braslavski və Ariel Kunio”.
Girovların Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilməsinin dəqiq yeri və üsulu hələlik açıqlanmayıb. "Al Hadath" mənbəyə istinadən iddia edib ki, girovların ilk qrupu Qəzzanın şimalında azad ediləcək. HƏMAS-ın nəzarətində olan "Əl Əqsa" televiziyası isə BQXK-nın konvoyunun İsrailli girovların köçürüldüyü yerə hərəkət etdiyini bildirib.

