HƏMAS sabah ölən girovların cəsədlərini İsrailə təhvil verəcək

Fevralın 20-də HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin cəsədlərini İsrail tərəfinə təhvil verəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.
Əbu Ubayda Telegram kanalında yazıb: “İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq, Bibas ailə üzvlərinin və Oded Lifşitzin cəsədini cümə axşamı qarşı tərəfə təhvil verəcəyik. Amma qeyd etməliyik ki, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub".
Kfir Bibas 7 oktyabr 2023-cü ildə HƏMAS silahlıları tərəfindən girov götürüləndə doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub.