Aİ Rusiyaya qarşı "hibrid" sanksiyalarının müddətini uzadıb


Avropa İttifaqı Şurası Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinə görə məsuliyyət daşıyan şəxslərə və qurumlara qarşı fərdi sanksiyaları bir il müddətinə uzadıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Şura bu gün Rusiyanın xaricdəki sabitliyi pozan hərəkətlərinə görə məsuliyyət daşıyan şəxslərə və qurumlara qarşı fərdi məhdudlaşdırıcı tədbirlərin daha bir il müddətinə, 9 oktyabr 2026-cı ilə qədər uzadılması barədə qərar qəbul edib”, - deyə sənəddə bildirilir.

Sanksiyalar Rusiyanın Aİ-yə, onun üzv dövlətlərinə və tərəfdaşlarına qarşı xarici informasiya sahəsinə manipulyasiya və müdaxilə də daxil olmaqla davam edən hibrid fəaliyyətini nəzərə alaraq uzadılıb.

Aİ Şurası 8 oktyabr 2024-cü ildə Rusiyanın "hibrid" sabitliyi pozan hərəkətlərinə cavab olaraq əlavə sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyadan olan 47 fiziki şəxs və 15 qurumu hədəf alıb.

Onların aktivləri dondurulur və Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır. Fiziki şəxslərin Aİ-yə girişi və ya tranzit keçməsi də qadağaya məruz qalır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu