KİV: Britaniya Ukraynaya Rusiyaya qarşı uzaq məsafədən zərbələr endirməkdə kömək edir


Ukrayna kəşfiyyat və uzaqmənzilli zərbələr sahəsində NATO ilə əməkdaşlığı genişləndirir. Britaniya artıq Vaşinqtonun tələbi ilə Rusiyaya qarşı əməliyyatlarda iştirak edir.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ pilotsuz təyyarələr və uzaqmənzilli raketlərdən istifadə etməklə Rusiyanın enerji infrastrukturuna zərbələr endirmək üçün Ukraynanı yeni kəşfiyyat məlumatları ilə təmin etməyə hazırlaşır. Müzakirələrdən xəbərdar olan mənbələrə görə, bu, Vaşinqtonun müharibədəki rolunu gücləndirəcək.

Bu cür dəstək Kiyevə Rusiyanın hava hücumundan müdafiə sistemini daha yaxşı xəritələməyə və zərbə marşrutlarını planlamağa kömək edəcək. Bu, həmçinin Ukraynanın mövcud uzunmənzilli aktivlərinin effektivliyini artıracaq və yeni silahların tədarükündə faydalı ola bilər.

Yekun qərar açıqlanmasa da, prezident Donald Tramp agentliklərə kəşfiyyat məlumatlarının mübadiləsinə hazırlaşmağı tapşırıb. Ağ Evdəki mənbələrdən biri hazırkı vəziyyəti Trampın yaxın çevrəsində “seysmik əhval dəyişikliyi” adlandırıb. Eyni zamanda, Amerika lideri Ukraynaya yardım üçün vergi ödəyicilərinin vəsaitlərindən istifadənin əleyhinədir. O, NATO müttəfiqlərinin Vaşinqtondan silah alıb Kiyevə ötürməsinə üstünlük verir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu