Fransa Ukraynaya uzaqmənzilli raketlər verəcək
Fransa Ukrayna Silahlı Qüvvələrinin (AFU) hücumunu dəstəkləmək üçün Kiyevə uzaqmənzilli raketlər ötürmək qərarına gəlib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
"Mən Ukraynaya silah və texnika tədarükünü artırmaq, onlara dərindən zərbə endirmək qərarına gəldim. Bununla da biz Ukraynaya öz ərazisini müdafiə etməyə imkan verən doktrinamıza sadiqik. Biz dərin zərbələr endirməyə imkan verən yeni raketlər tədarük etmək qərarına gəldik", - deyə o, NATO sammiti öncəsi bildirib.
İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçirilir və burada Ukraynanın alyansa qəbulu məsələsi də müzakirə olunacaq.