Qətər: HƏMAS-ı atəşkəs planına inandıra bilərik


Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani ABŞ prezidenti Donald Trampa bildirib ki, HƏMAS-ı Vaşinqtonun Qəzzada atəşkəs planını qəbul etməyə inandıra bilər.

AFN.az xəbər verir ki, bu barədə Sky News Arabia məlumat yayıb.

Ağ Evin etdiyi sənəddə döyüşlərin tam dayandırılması, fələstinli radikalların əlində olan israilli girovların 72 saat ərzində azad edilməsi və bölgənin keçid dövründə xarici idarəetməyə verilməsi nəzərdə tutulur. Həmçinin, Qəzza sakinlərinə ərazini tərk etmək və sonradan geri dönmək imkanı yaradılması təklif olunur.

Sentyabrın 29-da ABŞ prezidenti, Qətər hökumət başçısı və hazırda Vaşinqtonda olan İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə telefon danışığı baş tutub. Qətər XİN-in məlumatına görə, Məhəmməd bin Əbdül Rəhman ABŞ-la əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib. Netanyahu isə Qətər tərəfinə İsrailin yaxın günlərdə Dohada HƏMAS rəhbərliyinə aid rezidensiyaya endirdiyi zərbəyə görə üzrxahlıq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu