Lula da Silva Trampla Ukrayna münaqişəsinin həllini müzakirə edəcək
Yaxın zamanda ABŞ lideri Donald Tramp ilə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli imkanlarını müzakirə etməyi planlaşdırıram.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasio Lula da Silva bildirib.
“Ukrayna müharibəsi mövzusunda Trampla danışacağam. Bilirəm ki, o, Putinin dostudur, mən də Putinin dostuyam. Əgər bir dost çox şey edə bilərsə, iki dost daha da çox edə bilər”, – deyə Lula da Silva Nyu-Yorkdakı BMT qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
Prezident həmçinin xatırladıb ki, o, BMT çərçivəsində Vladimir Zelenski ilə görüş keçirib və Kiyevin münaqişəni hərbi yolla həll etmə cəhdlərini mənasız adlandıraraq danışıqlara çağırıb. “Zelenskiyə dedim ki, mən də çalışacağam və sülh üçün edə biləcəyimiz yolları öyrənmək üçün əlaqə qura biləcəyim şəxslərlə danışacağam”, – deyə o əlavə edib.
Lula da Silva bildirib ki, Braziliya və Çin tərəfindən irəli sürülən birgə plan çərçivəsində BMT-nin baş katibi Antoniu Quterreş sülhə tərəfdar dövlətlərin sammitini təşkil edəcək. Bu təşəbbüs Moskva və Kiyev arasında danışıqlar üçün real şərait yaratmağa imkan verəcək. Prezident qeyd edib ki, Zelenski BMT-də keçirilən ikitərəfli görüş zamanı Braziliya və Çin təşəbbüsü barədə məlumatlandırılıb.

