Lula: Tramp internetdə az vaxt keçirməli, çox prezident olmalıdır


Tramp daha az internetdə oturmalı, dövlət başçısı vəzifəsinin icrasına daha çox vaxt ayırmalıdır.



AFN.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Jair Bolsonaro ilə bağlı tənqidlərini şərh edən Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib.



O əlavə edib ki, Jair Bolsonaronun əsas marağı xırda və bəzən qanunsuz ehtiyaclarını qarşılamaq idi.



Qeyd edək ki, Tramp avqustdan etibarən Braziliyadan idxal olunan mallara 50 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb. Həmçinin Braziliya hakimiyyətini keçmiş prezident Jair Bolsonaroya təzyiq etməkdə ittiham edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu