Aİ Hindistan və Çindəki neftayırma zavodlarına və limanlara sanksiya tətbiq edəcək


Aİ xarici işlər nazirləri Kopenhagendə qeyri-rəsmi görüşdə Rusiya ilə əməkdaşlığa görə Hindistan və Çinin neft emalı zavodlarına, limanlarına və təşkilatlarına qarşı sanksiyaların tətbiqini müzakirə edəcəklər.

AFN.az “Euractiv” portalına istinadən xəbər verir ki, nazirlər Rusiyanın “kölgə donanması” adlanan “ekosistem”dəki “şəriklərinə” qarşı sanksiyalar siyahısının əhəmiyyətli dərəcədə genişləndirilməsi məsələsini qaldıracaqlar. Bildirilir ki, onun köməyi ilə Moskva məhdudiyyətlərdən yan keçir. Qeyd olunur ki, sanksiyalar gəmi qeydiyyatı xidmətləri göstərən özəl operatorlara da tətbiq oluna bilər.

Portal vurğulayır ki, Aİ Hindistan və ABŞ arasında qarşıdurma fonunda qismən Ağ Evin təzyiqi ilə əlaqədar ikinci dərəcəli sanksiyalar məsələsini qaldıracaq. Avqustun 6-da Vaşinqton Hindistanın Rusiya nefti və neft məhsullarını alması ilə əlaqədar Yeni Dehlidə ticarət rüsumlarını 50 faizə qədər artırıb.

Bundan əvvəl Avropa diplomatik xidmətinin rəhbəri Kaja Kallas Ukraynanın daha da hərbiləşdirilməsinə söz verib və Aİ ölkələrini Rusiyanın enerji sektoruna qarşı ikinci dərəcəli sanksiyalar qəbul etməyə çağırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu