Kallas Aİ ölkələrini Rusiyadan neft tədarükünə qarşı sanksiyalar tətbiq etməyə çağırıb


Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ ölkələrini Rusiyanın neft və enerji ixracatına qarşı ABŞ-ın rusiyalı tərəfdaşlara rüsumları kimi ikinci dərəcəli sanksiyaları qəbul etməyə çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kallas bunu Kopenhagendə Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən deyib.

“Biz yeni sanksiyalar paketi üzərində işləyirik, masada bir sıra variantlar var. Enerjiyə qarşı sanksiyalar, o cümlədən ABŞ tərəfindən artıq tətbiq edilənlər kimi ikinci dərəcəli sanksiyalar hazırlayırıq”, - deyə Kallas qeyd edib. O, Rusiya Federasiyasının maliyyə sektoruna qarşı yeni sanksiyalar təklif edəcəyini vəd edib.

Qeyd edək ki, ilk dəfədir Aİ rəsmisi açıq şəkildə Avropanın ikinci dərəcəli sanksiyalarının tətbiqinə çağırır; formal olaraq Brüssel həmişə bu tədbirə qarşı çıxıb. Buna baxmayaraq, reallıqda Aİ uzun müddətdir ki, Rusiya ilə fəal işləyən ölkələrə və təşkilatlara qarşı sanksiyalar tətbiq edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu