Trampın Rusiya siyasətinə Kelloq və Rubio təsir göstərib?


ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və dövlət katibi Marko Rubio ABŞ lideri Donald Trampın Rusiyaya qarşı kursunu yenidən nəzərdən keçirməsinə həlledici təsir göstərib.



AFN.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti ABŞ Konqresindəki üç mənbəyə istinadən məlumat yayıb.



Bildirilir ki, Vaşinqtonun siyasətinin sərt xəttinə sadiq qalan respublikaçı isteblişmentin nümayəndələri son aylar ərzində Ağ Ev rəhbərini Moskvaya qarşı daha sərt mövqe tutmağa inandırmaq üçün pərdəarxası işlərlə məşğul olublar. Qeyd olunur ki, Kelloq bu səylərdə əsas rol oynayıb, Ukrayna münaqişəsinin həlli üzrə Rusiya ilə danışıqlardan müvəqqəti olaraq ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun xeyrinə kənarlaşdırılıb, lakin İranla nüvə danışıqlarında batağa düşüb.



Mənbələrdən biri Kelloqun son vaxtlar yüksəlişdə olduğunu vurğulayıb. “O və Rubio Moskvaya doğru yeni yanaşmaya təkan verir”, - deyə mənbə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu