ABŞ Çin üçün ixrac məhdudiyyətlərini yumşaldıb


ABŞ prezidenti Donald Trampın administrasiyası mikrosxem dizayn proqramlarının Çinə ixracına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırıb.



AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.



Bildirilir ki, ABŞ Ticarət Departamenti Almaniyanın Siemens AG texnoloji konsernini xəbərdar edib ki, Çində iş görmək üçün artıq xüsusi dövlət lisenziyaları tələb olunmur. Şirkət artıq Çin müştərilərinə proqram təminatı və texnologiyalara tam girişi qaytarıb.



"Bloomberg" qeyd edir ki, bu ixraca nəzarət tədbirləri Pekinin ABŞ-a kritik mineralların tədarükünü məhdudlaşdırmasına cavab olaraq may ayında Vaşinqton tərəfindən tətbiq edilib. Ötən həftə bağlanmış ticarət sazişinin şərtlərinə əsasən, ABŞ Çinə mikrosxem dizaynı proqram təminatının tədarükünə, həmçinin etan və reaktiv mühərriklərin ixracına icazə verəcəyini vəd edib. Pekin də öz növbəsində ABŞ-a nadir torpaq metallarının tədarükünü sürətləndirməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu