Rusiya XİN Azərbaycana təşəkkür etdi


Rusiya Xarici İşlər Nazirliyi İrandan təxliyədə dəstək üçün Azərbaycana təşəkkür edib



AFN.az xəbər verir ki, nazirlik, İsrailin İrana hücumları fonunda, İrandan təxliyə olunan vətəndaşlarının təhlükəsiz şəkildə Rusiyaya qaytarılmasında Azərbaycana göstərdiyi dəstək və köməyə görə minnətdarlığını bildirib.



Rəsmi məlumata görə, İrandan təxliyə edilən xeyli sayda rus vətəndaşı Azərbaycanın ərazisindən tranzit olaraq Rusiyaya keçib.



Qeyd etmək lazımdır ki, Azərbaycan Astara sərhəd keçid məntəqəsini İrandan təxliyə edilən xarici ölkə vətəndaşları üçün açıb. Məntəqədə göstərilən koordinasiyalı və səmərəli tranzit xidməti sayəsində, Rusiya və digər ölkələrin vətəndaşları təhlükəsiz şəkildə öz vətənlərinə qayıda bilirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu