Rusiya Qəzzadan müraciət edən 900 vətəndaşdan 500-dən çoxunu təxliyə edib


Rusiya Qəzzadan müraciət edən 900 vətəndaşdan 500-dən çoxunu təxliyə edib.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.

İdarənin məlumatına görə, 900 rusiyalı və onların ailə üzvləri yardım istəyib. Hazırda 558 nəfər təxliyə edilib və onlardan 408 nəfəri artıq Fövqəladə Hallar Nazirliyinin təyyarələri ilə Misirdən Rusiyaya aparılıb. Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Rəfah keçid məntəqəsində vəziyyət ağırdır, ona görə də təxliyyə mərhələli şəkildə həyata keçirilir.

Bundan əvvəl Qəzza zolağından təxliyə edilmiş 120 rusiyalını daşıyan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi Moskvanın Domodedovo hava limanına enib. Uçuş zamanı təxliyyə olunanları Fövqəladə Hallar Nazirliyinin həkim və psixoloqları müşayiət edib. Ruslar gömrük nəzarətindən keçdikdən sonra özləri hava limanını tərk edə və ya müvəqqəti yerləşdirmə obyektinə keçə biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu