İrandan təxliyə edilən xarici ölkə vətəndaşlarına Azərbaycandan humanitar dəstək


İrandan təxliyə edilən xarici vətəndaşlara Azərbaycan dəstəyi



Bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.



AFN.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımi şərait yaradıb.



Təxliyə olunacaq şəxslər üçün çay süfrəsi hazırlanıb. Səhhətində problem yarana biləcək şəxslərə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.



Həmin şəxslərin daşınması üçün avtobuslar da ayrılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu