Ukrayna təcili "Patriot" raket sistemlərinə ehtiyac duyur

Bayden administrasiyası zamanı alınan ehtiyatlar tükəndiyi üçün Ukraynanın təcili olaraq "Patriot" hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. ABŞ-ın hazırkı prezidenti Donald Trampın administrasiyası isə yeni təchizatla təmin etməyə tələsmir.
AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" material dərc edib.
Nəşr qeyd edir ki, Rusiyanın Ukraynanı pilotsuz təyyarələr və qanadlı raketlərlə bombalamasına baxmayaraq, ən böyük təhlükəni ballistik raketlər təşkil edir. İndi onlara ancaq "Patriot" raketləri ilə qarşı çıxmaq olar.
“Patriot” raketlərinin çatışmazlığı mayın 25 və 26-da özünü xüsusilə hiss etdirib. Ukrayna Rusiyanın atdığı 9 ballistik raketin heç birini ələ keçirə bilməyib. Onlardan ikisi Kiyevə yönəlib" - deyə materialda qeyd edilir.
Donald Tramp Rusiyanın zərbələrini pisləsə də, Ukraynaya hərbi dəstəyin genişləndirilməsi ilə bağlı aydın siqnallar verməyib. Üstəlik, ABŞ Dövlət Katibi Marko Rubio bu yaxınlarda bildirib ki, yeni administrasiyanın təhvil verəcək "Patriot"ları yoxdur.
O, avropalı müttəfiqlərini ehtiyatlarını bölüşməyə çağırıb. Bildirib ki, həmin ölkələrin heç biri də öz "Patriot" sistemlərindən imtina etmək istəmir.