Ərdoğanın Makronun barmağını tutması maraqla qarşılandı - VİDEO


Ərdoğan Makronun barmağını tutdu – Görüntü rezonans doğurdu



AFN.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa lideri Emmanuel Makronun barmağını tutması sosial mediada geniş müzakirələrə səbəb olub.



İnsident Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada keçirilən tədbirində baş verib. Görüntülərdə Makron Ərdoğanla salamlaşmaq üçün yaxınlaşır, lakin çiyninə vurmaq istədiyi anda Ərdoğan onun barmağını tutur və bir müddət buraxmır. Ardınca tərcüməçi vasitəsilə Makrona mesaj ötürür.



Sosial şəbəkələrdə və media platformalarında yayılan videoya çoxsaylı şərhlər gəlib. İzləyicilər bu jestin Ərdoğanın diplomatik üstünlük nümayişi kimi qiymətləndirildiyini bildiriblər. Bir çox istifadəçilər bu davranışı "hakimiyyət jesti" adlandırıb və Ərdoğanın Makrona qarşı psixoloji üstünlük göstərdiyini vurğulayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu