Avropa İttifaqı Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq


ABŞ Rusiyaya təzyiq etmək üçün bütün vasitələrdən istifadə etmir.


AFN.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib. "Moskva "Pasxa barışığı" ilə oyunlar oynayır. Onlar atəşkəsə əməl etməyiblər. Aydındır ki, Rusiya bütün bu oyunları oynayır və vaxtı dayandırır, əslində sülh istəmir", - o, AFP-yə deyib.

BBC xəbər verir ki, ötən həftə ABŞ prezidenti Donald Tramp tərəflər danışıqlarda irəliləyişə nail ola bilməsələr, müharibəni bitirmək səylərindən əl çəkəcəyi ilə hədələyib.

Kallasın sözlərinə görə, Kiyev və onun avropalı himayədarları Vaşinqtonun Moskvaya qarşı daha sərt mövqe tutacağına ümid edirdilər: "Onların əllərində Rusiyaya təzyiq etmək üçün istifadə edə biləcəkləri alətlər var. Lakin onlardan istifadə etmirlər".

O, həmçinin bildirib ki, Vaşinqtonun ilhaq edilmiş Krımı sülh sazişinin bir hissəsi kimi Rusiya ərazisi kimi tanımasını düşünməsi səhv olardı. Onun sözlərinə görə, Aİ heç vaxt yarımadanı Rusiya kimi tanımayacaq: "Krım Ukraynadır!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu