Argentina rüsumları ləğv etmək üçün ABŞ-la müqavilə imzalamağa hazırdır

Argentina prezidenti Xavyer Miley rüsumları aradan qaldırmaq üçün ABŞ-la ticarət sazişi imzalamağa hazır olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, Buenos-Ayresdə ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşündən sonra müvafiq bəyanatla çıxış edib.
Bessentlə birgə bəyanatda Miley qeyd edib: “Prezident Donald Tramp tərəfindən hazırlanmış qarşılıqlı tariflər təklifini başa düşürük və bu istiqamətdə həm ABŞ, həm də Argentina üçün faydalı olacaq ticarət sazişi imzalamağa hazırıq”.
Onun sözlərinə görə, Amerika administrasiyasının gördüyü tədbirlər uzun illər davam edən ticarət balanssızlığından sonra dünya ticarəti üçün daha ədalətli şərait yaratmağa yönəlib. Miley həmçinin Argentinanın ABŞ-ın regionda etibarlı müttəfiqi olmaq niyyətində olduğunu bildirib.