İtaliya Argentina prezidentinə vətəndaşlıq verdi

İtaliya hökuməti Argentina prezidenti Xavyer Mileyə vətəndaşlıq verib.
Bu barədə dekabrın 13-də "İl Post" məlumat yayıb.
Mileyin 20-ci əsrin əvvəllərində Argentinaya mühacirət edən Kalabriyadan olan nənə və babaları olub və onun vətəndaşlığı İtaliyada vətəndaşlıq hüququ prinsipi jus sanguinis (“qan hüququ.” – lat.) əsasında veriləcək.
“O, həm də özü kimi sağçı və milli mühafizəkar olan baş nazir Giorgia Meloni ilə əla münasibətlərə və yaxşı siyasi harmoniyaya malikdir”, materialda deyilir.
İtaliyalı müşahidəçilərin qeyd etdiyi kimi, İtaliyanın baş naziri Giorgi Meloni üçün bu qərar həm də Argentina ilə əlaqələri gücləndirmək üçün diplomatik addımdır.
Mileyin Prezident Administrasiyasının baş katibi postunu tutan kiçik bacısı Karina da İtaliya vətəndaşlığını alacaq.