Əsəd tərəfdarları Suriyanın təhlükəsizlik qüvvələrinə hücum edib


Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələrinin patrulu Dəməşqin ətrafında keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən atəşə tutulub.


AFN.az xəbər verir ki, bu barədə Ərəb Respublikasının keçid hökumətinin Daxili İşlər Nazirliyi rəsmi Telegram kanalında məlumat yayıb.

“Toqquşma nəticəsində iki hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb”, - deyə mətndə bildirilir. Hadisə Suriya paytaxtının cənubunda yerləşən Nəcha şəhərində baş verib. İnsidentdən sonra patrul əlavə qüvvələrlə gücləndirilib və ərazi mühasirəyə alınıb. Bölgədə hücum edənlərin qoyub getdiyi silah və sursatlar tapılıb, bəziləri qaça bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu