Suriya təhlükəsizlik qüvvələri Dəməşqdə Əsəd tərəfdarlarını saxlayıb

Suriyanın müvəqqəti hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqin köhnə hissəsində gizlənən keçmiş prezident Bəşər Əsəd tərəfdarlarını zərərsizləşdirmək üçün əməliyyat keçirib.
AFN.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.
Bildirilir ki, xüsusi əməliyyat zamanı bir neçə nəfər həbs edilib. Onların üzərindən həyati əhəmiyyətli müəssisələrdə partlatmaq üçün hazırlanmış silah, sursat və partlayıcı qurğular aşkar edilib.
Təhlükəsizlik qüvvələri həmçinin Suriya paytaxtının qərbindəki bir sıra məhəllələrdə və şəhərətrafı ərazilərdə axtarışlar aparıb.
Martın 24-də Latakiya və İdlib əyalətlərinin sərhədindəki dağlıq ərazilərdə Əsəd tərəfdarları arasından 15 silahlı saxlanılıb. Ərazinin təmizləndiyi Xan Şeyxun ərazisində keçmiş rejimlə əlaqəli daha bir neçə qrup müəyyən edilib.