Suriyada hava kəşfiyyatının keçmiş rəhbəri həbs edilib


Keçid hökumətinə tabe olan Suriya təhlükəsizlik qüvvələri Suriya Hava Kəşfiyyat Qüvvələrinin keçmiş rəhbəri İbrahim Huveycanı həbs edib.


AFN.az xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.

Hava kəşfiyyatı Suriyada hakimiyyət dəyişikliyinə qədər ən nüfuzlu kəşfiyyat xidmətlərindən biri hesab olunub. Huveyca keçmiş prezident Bəşər Əsəd tərəfdarları ilə toqquşmaların davam etdiyi Cebla şəhərində keçirilən əməliyyat zamanı Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

O, 1987-2002-ci illərdə Hava Kəşfiyyat Qüvvələrinə rəhbərlik edib. 1977-ci ildə Livanın Mütərəqqi Sosialist Partiyasının qurucusu və Livan druzlarının lideri Kamal Cumblatın öldürülməsini təşkil etməkdə ittiham olunur.

"Diqqətli müşahidə və araşdırmalardan sonra Cəblə şəhərindəki qüvvələrimiz Hafiz Əsədin prezidentliyi dövründə yüzlərlə sui-qəsddə, o cümlədən, Cəbəlqə qarşı sui-qəsdin təşkilatçısı olmaqda günahlandırılan, briqada generalı və Suriya Hava Kəşfiyyatının keçmiş rəhbəri, cinayətkar İbrahim Hüveycəni həbs edə bilib" - deyə Suriya təhlükəsizlik qüvvələrinin məlumatında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu